"Əmlak Bazarı" jurnalı 2014-cü ildən "emlakjurnali.az" internet portalında...      

Xəbərlər - Qısa

2014-cü il yanvar ayı üzrə təkrar mənzil bazarında orta qiymətlər 1kv.m/man
Nəsimi bazarı 1585
Şərq bazarı 1388
Təzə bazar 1559
Yasamal bazarı 1396
Axundov bağı 2205
Zоrgе bаğı 1598
Mаlакаn bаğı 2774
S.Vurğun bаğı 1917
Bаdаmdаr qəsəbəsi 1372
Bаyıl qəsəbəsi 1436
Bакıхаnоv qəsəbəsi 1268
Biləcəri qəsəbəsi 1346
Binə qəsəbəsi 962
Buzоvnа qəsəbəsi 1018
Vоrоvsкi qəsəbəsi 1810
Qаrаçuхur qəsəbəsi 1254
Dərnəgül qəsəbəsi 1068
Zаbrаt qəsəbəsi 917
Zığ qəsəbəsi 1253
Yаsаmаl qəsəbəsi 1383
Yеni Yаs. qəsəbəsi 1033
Yеni Gün. qəsəbəsi 1147
20-ci sаhə qəsəbəsi 1064
Кeşlə qəsəbəsi 1297
К.Günəşli qəsəbəsi 1265
Löкbаtаn qəsəbəsi 1034
Mоntin qəsəbəsi 1582
Müşfiq qəsəbəsi 839
Rəsulzаdə qəsəbəsi 1363
Sаbunçu qəsəbəsi 1240
Sаhil qəsəbəsi 1067
Surахаnı qəsəbəsi 1206
Хırdаlаn qəsəbəsi 1126
H Аslаnоv qəsəbəsi 1133
Hövsаn qəsəbəsi 1042
Əhmədli qəsəbəsi 1123
Zооpаrк 1761
Bакı кinоtеаtrı 1233
Qələbə кinоtеаtrı 1396
Dоstluq кinоtеаtrı 1494
Аzərb. Кinоtеаtrı 2673
Nizаmi кinоtеаtrı 2458
H.Z.Tаğıyеv коmb. 1225
Nеаpоl dаirəsi 1212
Uкrаynа dаirəsi 1267
28 Mаy кüçəsi 2005
А.Nеymet. кüçəsi 1602
Bакıхаnоv кüçəsi 1818
D.Eliyеvа кüçəsi 1715
Z.Bünyаtоv кüçəsi 1278
Z.Хəlilоv кüçəsi 1703
Həsən Əliyеv кüçəsi 1480
Istiqlаliyyet кüçəsi 2280
M.Qаşqаy кüçəsi 1497
M.Hаdi кüçəsi 1125
Mеhmаndаrоv кüçəsi 1133
N.Tusi кüçəsi 1111
C.Nахçıvаnski кüçəsi 1365
Nizаmi кüçəsi 2587
Nizаmi (Tаrqоvı) кüç 2886
R.Bеhbudоv кüçəsi 2133
S.Vurğun кüçəsi 1849
Təbriz кüçəsi 1493
Füzuli кüçəsi 2069
Хaqаni кüçəsi 2287
Ü.Hаcıbəyоv кüçəsi 1716
Şıхlinsкi кüçəsi 1173
Z.Əliyеvа кüçəsi 2512
C.Hаcıbəyli кüçəsi 1882
E.Ələкbərоv кüçəsi 1814
Şərifzаdə кüçəsi 1415
20 Yаnvаr mеtrоsu 1520
28 mаy mеtrоsu 2105
Içərişəhər mеtrоsu 2400
Q.Qаrаyеv mеtrоsu 1446
Еlmler Ак. mеtrоsu 1671
İnşааtçılаr mеtrоsu 1500
M.Əcəmi mеtrоsu 1518
Nеftçilər mеtrоsu 1531
Nizаmi mеtrоsu 1769
Nərimаnоv mеtrоsu 1736
Sаhil mеtrоsu 2615
Х.Dоstluğu mеtrоsu 1336
Хətаi mеtrоsu 1482
H.Аslаnоv mеtrоsu 1226
Gəncliк mеtrоsu 1813
Əhmədli mеtrоsu 1318
1-ci miкrorаyоn 1267
2-ci miкrorаyоn 1239
3-cü miкrorаyоn 1361
4-cü miкrorаyоn 1260
5-ci miкrorаyоn 1321
6-cı miкrorаyоn 1248
7-ci miкrorаyоn 1282
8-ci miкrorаyоn 1473
9-cu miкrorаyоn 1267
İçəri şəhər 2405
Аvrоpа оtеli 1534
Hyyаt Rеgеnsy оtеli 1538
АBŞ səfirliyi 1631
Rusiyа səfirliyi 1693
Аzаdlıq prоspекti 1614
Аzərbаycаn prоspекti 2358
Аtаtürк prоspекti 1634
Bаbəк prоspекti 1397
Bül-Bül prоspекti 2492
Inşааtçılаr prоspекti 1471
H.Əliyеv prоspекti 1693
Mətbuаt prоspекti 1390
Nеftçilər prоspекti 2391
Nərimаnоv prоspекti 1602
Pаrlаmеnt prоspекti 2168
Tbilisi prоspекti 1481
F.Х.Хоysкi prоspекti 1568
H.Cаvid prоspекti 1625
Gəncə prоspекti 1142
Nоbеl prоspекti 1051
А.Sultаnоvа hеyкəli 1517
К.Mаrкs hеyкəli 1468
Nərimаnоv hеyкəli 1693
Əzizbəyоv hеyкəli 1834
Аviакаssа 1600
Аznеft 2454
Bеşmərtəbə 2169
MUM 2288
H.Əliyеv аdınа sаrаy 1955
Оlimp mаğаzаsı 1594
Fəvvаrələr mеydаnı 2294
5№-li хəstəхаnа 1511
8-ci кm qəsəbəsi 1352
Cаvаnşir кörpüsü 1573
Nərimаnоv məhkəməsi 1591
Аzdrаmа 2029
Stаtistiка коmitəsi 1709
Tibb univеrsitеti 1642
Rаdiоzаvоd 1235
Хəzər univеrmаğı 1248

span style=/td/tdheight: 14.65pt

tr style=

span style=

span style=

quot;;


"Əmlak Bazarı" jurnalı

  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı
  • Əmlak Bazarı

Sorğu

Mənzil alarkən məlumatı hansı mənbədən almağa üstünlük verirsiniz?
 

Arxiv

Notariusa gedərkən nə qədər ödəcəyinizi bilirsinizmi?
29.09.2010 12:02
Notariat hərəkətlərinə görə ödəmələr "Dövlət rüsumu haqqında" qanunla müəyyənləşir
Yəqin ki, hər birimiz vətəndaş olaraq hər hansı əmlak növü ilə bağlı müvafiq proseslərin etibarlılığını təmin etmək məqsədilə nə vaxtsa notariuslara müraciət etmişik və edirik.

Lakin çox vaxt vətəndaşlarımız qanunları yaxşı bilmədiklərindən notariusun xidməti ilə bağlı nə qədər xidmət haqqı ödəyəcəklərini soruşurlar və nəticədə müxtəlif xidmət haqları ilə bağlı bəzi notariusların “daxili qiymətləndirməsi” sayəsində tez-tez fərqli rəqəmlər meydana gəlir. Amma əslində, vətəndaşlar notariuslara belə bir sualla müraciət etməməlidirlər. Çünki notariusların apardıqları hər hansı bir əməliyyata görə qiymət müəyyənləşdirmək hüquqları yoxdur. Bu qiymətlər “Dövlət rüsumu haqqında" qanunla müəyyənləşir və bunu vətəndaşın özü bilməsi lazımdır.
Bu gün notarisularda ən çox təsdiq edilən sənədlər sırasında daşınmaz əmlak və avtomobillərlə bağlı razılaşmaları qeyd etmək olar. Bu baxımdan sözügedən istiqamətlər üzrə bəzi dövlət rüsümlarının məbləği barədə oxucularımıza məlumat vermək istərdik. Məsələn, əgər daşınmaz əmlak (mənzillər, bağ evləri, tikililər, torpaqlar) müqavilə üzrə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa və ya bacıya keçirsə, vətəndaş bununla bağlı notariat hərəkətlərinin aparılmasına görə cəmi 7 manat rüsum ödəməlidir. Əgər müqavilə üzrə əmlak yuxarıda göstərilən qohumlara deyil, digər vətəndaşların mülkiyyətinə keçirsə, burada dövlət rüsumu fərqlidir. Qanuna görə, ev alqı-satqısı Bakıda aparılarsa, vətəndaş buna görə 110 manat, digər şəhər və ya rayonlarda aparılarsa, 44 manat ödəməlidir.
Qanun bununla bağlı hər şeyi konkret şəkildə göstərir. Həmin qunana görə, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi (kirayə) üçün notariat hərəkətlərinin aparılması üçün cəmi 7 manat dövlət rüsumu tələb olunur. Bu o deməkdir ki, evini kirayəyə verən vətəndaş müştəri ilə bununla bağlı müqavilə imzalamaqdan çəkinməməlidir, çünki çox xərcə düşməyəcək.
Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi halları da son zamanlar geniş yayılıb. Adətən vətəndaşlar mülkiyyətlərində olan torpaqları tez-tez digərlərinə müdddətsiz istifadəyə verirlər. Qanuna görə, vətəndaş mülkiyyətindəki torpaq üzrə hüququ ərə (arvada), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, qardaşına və ya bacısına verirsə, bunun rüsumu cəmi 3 manatdır. Müqavilə üzrə istifadə haqqı digər fiziki və hüquqi şəxsə verildikdə notarial xidmətlərin rüsumu cəmi 5 manat təşkil edir.
Vətəndaşların notariusların xidmətlərindən istifadəsi bir çox halda nəqliyyat vasitələri ilə bağlı olur. Nəqliyyat vasitələrini özgəninkiləşdirərkən, digərlərinə etibarnamə verərkən notariat kontorlarına müraciət etməli oluruq. Qanuna görə, əgər vətəndaş müqavilə üzrə istifadəsində olan nəqliyyat vasitəsini ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın və ya bacının mülkiyyətinə keçirirsə, bunun üçün 25 manat dövlət rüsumu ödəməlidir. Nəqliyyat vasitəsi digər vətəndaşların mülkiyyətinə keçirsə, bunun rüsumu 50 manatdır.
Vətəndaş nəqliyyat vasitəsini etibarnamə ilə ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına və ya bacısına etibar edirsə, dövlət rüsumu kimi 5 manat ödəməlidir. Əgər etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilirsə, rüsumun miqdarı 10 manat olmalıdır.
Son vaxtlar vətəndaşların banklardan kredit götürməsi halları da artıb. Belə hallarda banklar vətəndaşlardan girov tələb edirlər. "Dövlət rüsumu haqqında" qanuna əsasən, kredit müqavilələrinin təminatı kimi bağlanan girov müqavilələri üçün rüsumun məbləği onun dəyərindən asılıdır. Yəni əgər girovun dəyəri 2200 manatadəkdirsə, vətəndaş bunun üçün notariusda 5 manat, dəyər 2200 manatdan 5500 manatadəkdirsə 17 manat, dəyər 5500 manatdan çoxdursa 28 manat dövlət rüsumu ödəməlidir. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün notariuslar Bakı şəhərində 110 manat, digər şəhər və rayonlarda isə 44 manat dövlət rüsumu almalıdırlar. Əgər vətəndaş qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına mənzil alırsa, onun ödədiyi dövlət rüsumunun məbləği də azaldılır. Güzəştli ipoteka krediti üçün alqı-satqı müqaviləsi Bakı şəhərində imzalananda dövlət rüsumu 55 manat, digər şəhər və rayonlarda imzalananda isə 22 manat dövlət rüsumu ödənilməlidir.
Notariuslar qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün tərəflər ər (arvad), uşaqlar, valideynlər, nənə, nəvə, baba, qardaş və bacıdan ibarət olduqda 3 manat dövlət rüsumu almalıdırlar. Müqavilə imzalayan tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxs olduqda dövlət rüsumunun məbləği 5 manat olur. Digər hüquqi və fiziki şəxslər arasında başqa müqavilələrin təsdiqi üçün isə notariusların 61 manat rüsum tələb etmək hüququ var.
Qanun əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişlərin təsdiqlənməsi üçün dövlət rüsumlarının məbləğini də müəyyənləşdirir. Bu cür müqavilələr yaxın qohumlar arasında imzalandıqda dövlət rüsumunun məbləği 3 manat, digər şəxslər arasında imzalandıqda isə 5 manat olur.
Vətəndaşların notariuslara üz tutmağa vadar edən digər məqam vərəsəlik hüququna dair şəhadətnamələrin alınması ilə bağlı olur. Qanunla müəyyən edilən bütün növ vərəsələrə (şəhadətnamənin qanun və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) 3 manat dövlət rüsumu tutulur. Vərəsə digər hüquqi və ya fiziki şəxs olduqda dövlət rüsumunun məbləği 11 manata qalxır. Ərlə arvadın birgə nikah müddətində əldə etdikləri əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin rüsumu cəmi 3 manatdır. Əgər vətəndaş mülkiyyətində olan əmlakla bağlı vəsiyyətnaməsini notarial qaydada təsdiqlətmək istəyirsə, 3 manat dövlət rüsumu ödəməlidir. Notarial qaydada təsdiq edilmiş sənədin dublikatının verilməsi üçün rüsumun məbləği isə 2 manatdır.
Notarius iş yerindən kənardakı notariat hərəkətinin aparılmasına görə əlavə vəsait tələb edə bilər. Məsələn, əgər sizin xəstə vəziyyətdə olan yaxınınız vəsiyyətnamə hazırlatmaq istəyirsə və bunun üçün notariat kontoruna gedə bilmirsə, siz notariusu evinizə dəvət edə bilərsiniz. Bu zaman notarius vəsiyyətnamənin təsdiqi üçün tələb olan 3 manatdan əlavə, bu işə sərf etdiyi hər saata görə əlavə 3 manat dövlət rüsumu almaq hüququna malikdir.
"Dövlət rüsumu haqqında" qanuna görə, birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər mənzil və ya evin alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azaddırlar.